Koreya Respublikasının Azərbaycandakı səfiri Fövqəladə Hallar Nazirliyində olub

Koreya Respublikasının Azərbaycandakı səfiri Fövqəladə Hallar Nazirliyində olub
14:48 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Çanq-gyu ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.
Səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koreya_Respublikasinin_Azerbaycandaki_sefiri_Fovqelade_Hallar_Nazirliyinde_olub-907868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR