"Formula-1"in 2016-cı il mövsümü üçün təqvimi təsdiqləndi

"Formula-1"in 2016-cı il mövsümü üçün təqvimi təsdiqləndi
14:52 3 Dekabr 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Avtomobil İdmanı Federasiyası 2016-cı il mövsümü üçün "Formula-1" təqvimini təsdiqləyib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 mərhələdən ibarət təqvimdə bəzi yarışların üst-üstə düşməsi ilə əlaqədar kiçik dəyişikliklər edilə bilər. İyunun 19-da keçiriləcək Azərbaycan Qran-Prisinin startı elə planlaşdırılmalıdır ki, "24 saat Le Man"ın finişi ilə üst-üstə düşməsin. 23 oktyabrda nəzərdə tutulan ABŞ mərhələsi isə promouter tərəfindən hələ təsdiqlənməyib.

"Formula-1", 2016 mövsümü Təsdiqlənmiş təqvim:

1-ci mərhələ. 20 mart. Avstraliya.

2-ci mərhələ. 3 aprel. Bəhreyn

3-cü mərhələ. 17 aprel. Çin 

4-cü mərhələ. 1 may. Rusiya 

5-ci mərhələ. 15 may. İspaniya 

6-cı mərhələ. 29 may. Monako 

7-ci mərhələ. 12 iyun. Kanada 

8-ci mərhələ. 19 iyun. AZƏRBAYCAN 

9-cu mərhələ. 3 iyul. Avstriya 

10-cu mərhələ. 10 iyul. Böyük Britaniya 

11-ci mərhələ. 24 iyul. Macarıstan 

12-ci mərhələ. 31 iyul. Almaniya 

13-cü mərhələ. 28 avqust. Belçika 

14-cü mərhələ. 4 sentyabr. İtaliya 

15-ci mərhələ. 18 sentyabr. Sinqapur 

16-cı mərhələ. 2 oktyabr. Malayziya 

17-ci mərhələ. 9 oktyabr. Yaponiya 

18-ci mərhələ. 23 oktyabr. ABŞ 

19-cu mərhələ. 30 oktyabr. Meksika 

20-ci mərhələ. 13 noyabr. Braziliya 

21-ci mərhələ. 27 noyabr. Abu-Dabi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR