Bayram lotereyalarının satışına başlanılıb

Bayram lotereyalarının satışına başlanılıb
15:13 3 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
"Azərlotereya" ASC ənənəvi bayram lotereyalarının - "Qış Möcüzəsi", "Super Binqo" və "Yeni il Sevincləri"nin satışına başlayıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lotereyalarda çoxsaylı pul uduşları ilə yanaşı, 15 ədəd avtomobil oynanılacaq. Lotereya həvəskarlarının "Qış Möcüzəsi" lotereyası ilə 5 ədəd KİA "RİO" avtomobili, "Super Binqo" lotereyası ilə 5 ədəd VW "Polo", "Yeni il Sevincləri" ilə 5 ədəd VW "Polo" avtomobilləri qazanmaq şansı var. Bu uduşların oynanılması zamanı lototrondan çıxan nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar lototrona qaytarılır və bu prosedur avtomobillər udulanadək təkrar olunur. Bayram lotereyalarının biletlərini xüsusi lotereya terminalları vasitəsilə əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bayram_lotereyalarinin_satisina_baslanilib-907882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR