Belqradda ATƏT-in nazirlər toplantısı işə başlayıb

Belqradda ATƏT-in nazirlər toplantısı işə başlayıb
15:23 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Belqrad, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Belqradda ATƏT-in 22-ci nazirlər toplantısı işə başlayıb. Təxminən 40 ölkədən xarici işlər nazirlərinin və müxtəlif dövlətləri təmsil edən yüksək səviyyəli nümayəndələrin bir araya gəldiyi tədbirdə miqrasiya, terrorizm və ATƏT regionunda digər çağırışlar, Avropada təhlükəsizlik və bu kimi müxtəlif mövzular diqqət mərkəzindədir.
Beş yüzə yaxın media nümayəndəsinin işıqlandırdığı tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç açaraq gündəlikdə duran məsələlər, müzakirə olunacaq mövzular barədə məlumat verib.
Açılışda çıxış edən Serbiyanın Baş naziri Aleksandr Vuçiç xüsusilə Balkan bölgəsində stabilliyin təhlükə altında olması ilə bağlı narahatlığını ifadə edib. Bildirib ki, əməkdaşlıq və qarşılıqlı anlaşma hazırda bütün dünya üçün önəmli məsələdir. O deyib: “Hər hansı konfliktin zəncirvarı şəkildə digər gərginliklərə yol aça biləcəyini görürük. Bu baxımdan tədbirin bütün iştirakçılarını mövcud böhranların həlli istiqamətində vahid qərarlar qəbul etməyə çağırıram”. A.Vuçiç miqrant böhranına münasibətdə vahid Avropa siyasətinin vacibliyi diqqətə çatdırıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belqradda_ATAT_in_nazirler_toplantisi_ise_baslayib-907891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR