Azərbaycanda 15 əcnəbiyə ov icazəsi verilib

Azərbaycanda 15 əcnəbiyə ov icazəsi verilib
15:23 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xüsusi Dövlət Mühafizə Xidməti “Hərbi Ovçuluq İttifaqı” MMC-dən və Müdafiə Nazirliyindən noyabrın 19-da, 27-də və 30-da Qətər Əmirliyinin 4, Səudiyyə Ərəbistanı Krallığının 2 və Bəhreyn Krallığı Müdafiə Qüvvələrinin əməkdaşları olan 9 vətəndaşına ölkənin ovçuluq təsərrüfatlarında ov üçün icazə biletlərinin verilməsi barədə rəsmi müraciət daxil olub.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunamüvafiq sənədlərin təqdim olunmasından sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumilikdə 15 nəfər xarici ölkə vətəndaşına “Sarısu” ovçuluq təsərrüfatı da daxil olmaqla İmişli, Kürdəmir, Hacıqabul rayonlarının ərazisində, o cümlədən Biləsuvar ərazisindəki ovçuluq təsərrüfatlarında normativlər daxilində müvafiq sayda çöl quşlarının ovlanmasına icazə bileti verilib.
Xarici vətəndaşlara ölkə ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilib və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə təsdiqlənən “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_15_ecnebiye_ov_icazesi_verilib-907892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR