ANS və İTV-yə seriallar üçün verilən pul geri alınacaq

ANS və İTV-yə seriallar üçün verilən pul geri alınacaq
15:36 3 Dekabr 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

 Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə ANS Müstəqil Media və Yayım Şirkəti və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilən seriallarla bağlı yaranan problem davam edir.

Axşam.az-ın məlumatına görə, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, qurum mütləq şəkildə müqavilədə göstərilən şərtlərə əməl olunmasını, yəni adları təqdim olunan serilların MTRŞ-yə təqdim olunması tələbində israrlıdır:
 
"ANS televiziyası təqdim etdiyi müqavilədə çəkəcəyi serialın hər seriyasının müddətini bir saat göstərib. Lakin həm fərqli adla, həm də qeyd olunan tarixdən xeyli sonra bizə təqdim etdiyi serialın hər seriyasının müddəti cəmi 35 dəqiqədir. ANS TV bizə bildirir ki, serialla bağlı hazırlanan hesabatda texniki yanlışlığa yol verdikləri üçün təqdim olunan serialın adı, müddəti fərqlidir".

T.Məmmədov bildirib ki, MTRŞ ANS-in texniki səhvə yol verdiyinə inanmır.

O xatırladıb ki, İTV dövlət büdcəsindən ayrılan vəsait hesabına "Qarabağnamə" serialını çəkdiyini iddia edir:
 
"İTV serialı çəkdiyini deyir, amma bizə heç nə təqdim etmir. MTRŞ hər iki televiziya kanalından seriallar üçün ayrılan vəsaiti geri almaqda qərarlıdır. Vəsait ya dövlət büdcəsinə geri qaytarılacaq, ya da yeni serialların çəkilməsinə xərclənəcək".

Xatırladaq ki, MTRŞ dövlət büdcəsindən serilların çəkilməsi üçün İTV-yə ayırlan vəsaitdən 429 min, ANS-ə ayrılan vəsaitdən isə 160 min manat geri tələb edir. 

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR