​"Çelsi" klubu futbolçusu ilə müqavilə müddətini artırıb

​"Çelsi" klubu futbolçusu ilə müqavilə müddətini artırıb
15:37 3 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu futbolçusu Qari Kehillə müqavilə müddətini uzadıb. "Report"un London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi 2019-cu ilədək "zadəganlar"ın heyətində çxış edəcək. 
30 yaşlı futbolçu bugünədək "Çelsi"nin heyətində 177 rəsmi matç keçirib və 15 qol vurub. Komandası ilə birgə Premyer Liqa, Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Liqa Kuboku və FA kubokunu başı üzərinə qaldıran Kehill son iki mövsümdə ölkə çempionatında ilin ən yaxşı 11-liyində yer alıb. O, İngiltərə millisinin heyətində isə 40 oyun keçirib.
Qeyd edək ki, Qari Kehill 2011/12 mövsümündə "Bolton"dan transfer edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/celsi-klubu-futbolcusu-ile-muqavile-muddetini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR