Din xadimləri və alimləri Prezident İlham Əliyevə müraciət etdilər

Din xadimləri və alimləri Prezident İlham Əliyevə müraciət etdilər
15:38 3 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çox saylı müraciətlərini nəzərə alaraq Prezident İlham Əliyevə müraciət qəbul edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir ki, din xadimləri, QMİ-nin Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural muhitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq niyyəti ilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsinin dinlə bağlamaq cəhdləri birmənalı olaraq rədd edilir. Baş verənləri xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq öz məkrli niyyətlərinə son qoymalıdırlar: "Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman Birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyəti yoxdur və o, QMİ tərəfindən dini qurum olaraq tanınmır".

Müraciətdə daha sonra qeyd edilir ki, QMİ-nin Dini Şurası və Qazılar Şuralarının üzvləri olaraq hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, ölkəmizin bütün inanclı insanlarının dərin narahatlığına səbəb olmuş bu hadisəni, kimliyindən asılı olmayaraq dindən sui-istifadə etməklə törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi-siyasi qiymət verilsin. Bu Azərbaycan dindarlarının haqlı tələbidir: "Azərbaycan dindarları dövlətçiliyimizə sadiqdirlər, milli mənafelərimiz, dini-mənəvi dəyərlərimizin qorunması istiqamətində zati-alilərinizin siyasətini, müstəqilliyimiz əleyhinə təxribatların qarşısının qətiyyətlə alınması yönündə səylərini dəstəkləyirlər.Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz”

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR