Beynəlxalq Əlillər gününə həsr olunmuş futzal turniri başlayıb

Beynəlxalq Əlillər gününə həsr olunmuş futzal turniri başlayıb
15:38 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunan turnirin ilk oyun günü başa çatıb. İlk turda “Birlik” komandası “Şimşəy”ə 7:4, “Zirvə” klubu isə “Ümid”ə 13:2 hesabı ilə qalib gəlib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Aliller_gunune_hesr_olunmus_futzal_turniri_baslayib-907902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR