Məşhur aktyorun oğlu tanınmaz hala düşdü (FOTO)

Məşhur aktyorun oğlu tanınmaz hala düşdü (FOTO)
16:01 3 Dekabr 2015
180 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin görkəmli aktyoru Sadri Alışıklın oğlu Kerem Alışık özünü tanınmaz hala salıb.

ANS PRESS-in məlumatına görə, aktyor "Frankenşteyn" tamaşası üçün makiyaj edib.

Cansel Elçinin canlandırdığı tamaşada aktyor qəribə “məxluq”a çevirilib. Onun bu hala düşməsi üçün 3 saat vaxt sərf olunub.



Kerem Aşık makiajdan sonra özünü tanımadığını deyib:

“Güzgüdə üzümə baxanda, səmimi deyirəm özümü yad hiss etdim. Üzümü görənlər qorxa bilər. Amma bu obraz görünüşünə görə cəmiyyətdən təcrid olunanların dramını göstərir".



Kerem Alışık Pana Filmin çəkdiyi “Qara Qutu” serialında oynayır. Pana Film populyar serial “Kurtlar Vadisi”nin istehsalçısıdır.




Sadri Alışıklın oğlu Kerem Alışık

Bir müddət əvvəl Hollivudun seksual aktrisası Mila Yovoviç də özünü tanınmaz hala salıb. 39 yaşlı məşhur aktrisa özünü 80 yaşlı qoca qadına bənzədib. Aktrisanın qrim ustaları Mila Yovoviçi makiaj edərək 41 yaş qocaldıblar. Aktrisa qorxunç şəkilini “İnstaqram” hesabında paylaşaraq izləyicilərini təəcübləndirib.


Mila Yovoviçin “İnstaqram” səhifəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR