Azərbaycan kuboku: "Qəbələ" və "Rəvan" 1/4 finalda

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Bu gün daha iki görüş keçirilib. Günün ilk matçında "Qəbələ" "Mil-Muğan"ı qəbul edib. "Qırmızı-qaralar" rəqibini 7:0 hesabı ilə darmadağın edib. Daha sonra isə "Rəvan" "Bakı" ilə qarşılaşıb. Ev sahibləri 1:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Azərbaycan kuboku

1/8 final

3 dekabr (cümə axşamı)

“Qəbələ” – “Mil-Muğan” - 7:0

Qollar: Derlis Meza Kolli, 5, Ruslan Abışov, 16, Fakundo Pereyra, 22, Rikardinyo, 43, Ermin Zets, 44; Vaqif Cavadov, 58; Asif Məmmədov, 83

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

“Rəvan” – “Bakı” - 1:0

Qol: Vüqar Bəybalayev, 23

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR