Naxçıvanda muzey işçilərinə metodiki təlimatlar verilib

Naxçıvanda muzey işçilərinə metodiki təlimatlar verilib
16:18 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 3 dekabr, AZƏRTAC
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvanda fəaliyyət göstərən muzeylərin əməkdaşları ilə muzey işi üzrə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd edilib ki, muxtar respublikada son illər yeni muzeylər yaradılıb, fəaliyyətdə olan muzeylər üçün yeni binalar tikilib və təmir edilib, maddi-texniki baza gücləndirilib.
Sonra nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey işinin metodikası” mövzusunda çıxış edib. Muxtar respublikanın muzeylərində saxlanılan eksponatların uçotu və mühafizəsinə dair metodik təlimatlar muzey işçilərinə slaydlar vasitəsilə nümayiş olunub. Çıxışda uçot-mühafizə işinin qaydaları, bu işlə məşğul olan əməkdaşların vəzifələri, muzey əşyalarının elmi inventarizasiyası, fondların uçotu qaydaları, muzey mühafizəsinin təşkili, muzey əşyalarının ayrı-ayrılıqda mühafizəsi haqqında danışılıb. Bu işlərin həyata keçirilməsi zamanı kargüzarlıq işinin düzgün aparılması, muzey jurnallarının, inventar kitablarının işləmə qaydaları slaydlar vasitəsilə geniş izah edilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_muzey_ischilerine_metodiki_telimatlar_verilib-907918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR