Məscidlərdə təhlükəsizlik gücləndiriləcək

Məscidlərdə təhlükəsizlik gücləndiriləcək
16:22 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bütün məscidlərdə videokameralar və təhlükəsizlik sistemləri quraşdırılacaq.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün dinlə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

M.Qurbanlı qeyd edib ki, məscidlərdə minbəri və mikrofonı heç bir vəchlə heç kimə vermək olmaz: "Məscidə gələn şəxs burada yalnız namaz qıla bilər. O, moizə oxuya bilməz, qanun da buna icazə vermir. Kim olursa-olsun, əgər kimsə gəlib məsciddə hegemonluq edibsə, deməli, axund zəiflik nümayiş etdirib".

O bildirib ki, əgər hansısa qrup və ya şəxslər məscidə gələrək belə hallara yol verirlərsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR