Millimiz İngiltərə yığması ilə bir qrupda çıxış edəcək

Millimiz İngiltərə yığması ilə bir qrupda çıxış edəcək
16:23 3 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
On yeddi yaşadək futbolçular arasında Avropa çempionatının növbəti mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, final mərhələsi Xorvatiyada keçiriləcək “Avro-2017”nin seçmə mərhələsində 52 komanda mübarizə aparacaq.
Millilər hərəsində dörd komanda olmaqla 13 qrupa bölünüblər.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması VI qrupda yer alıb. Millimiz İngiltərə, Avstriya və Rumıniya komandaları ilə bir qrupda mübarizə aparacaq.
Yığmamızın qrupunda meydan sahibi Rumıniya olacaq. Bu qrupun oyunları oktyabrın 25-30-da təşkil olunacaq. Əsasnaməyə görə, hər qrupda ilk iki yeri tutan komanda, eləcə də beş ən yaxşı 3-cü yerin sahibi elit-raunda yüksələcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Millimiz_Ingiltere_yigmasi_ile_bir_qrupda_chixis_edecek-907922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR