Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 4-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2” və “Mərdəkan bağları” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakının Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.