“Bir səbət tənhalıq” tamaşası İranda nümayiş ediləcək

“Bir səbət tənhalıq” tamaşası İranda nümayiş ediləcək
16:28 3 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2016-cı ilin yanvarında İran İslam Respublikasına qastrola yollanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsinin dəvətinə əsasən qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.
Yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında 2014-cü ildə hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilən tamaşa ötən il Türkiyədə keçirilmiş beynəlxalq teatr festivalında uğurla nümayiş olunaraq mükafata layiq görülüb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bir_sebet_tenhaliq_tamasasi_Iranda_numayis_edilecek-907927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR