İnternet mediada Qarabağa həqiqətlərinə dair dəyirmi masa keçirilib

İnternet mediada Qarabağa həqiqətlərinə dair dəyirmi masa keçirilib
16:34 3 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin həyata keçirdiyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği layihəsi” çərçivəsində dəyirmi masa keçirilib.

 

Lent.az-ın məlumatına görə, dəyirmi masada layihə çərçivəsində internet media resurslarında Qarabağ münaqişəsi ilə bağlı yazıların monitorinqi barədə hesabat təqdim olunub.

 

Birliyin sədri Asəf Quliyev qeyd edib ki, internet media resurslarında Qarabağ mövzusunun işıqlandırılması ilə bağlı iki ay müddətində Qafqazinfo.az, Lent.az, Axar.az, Modern.az saytlarının monitorinqi, feysbuk sosial şəbəkəsində isə müəyyən müşahidələr aparılıb.

 

Monitorinqi təşkil edilən saytlar oxucu çoxluğu və mövzuya həssaslıq meyarları ilə seçilib.

Monitorinqin nəticələrinə görə isə, Qafqazinfo.az-da 6092 ümumi materialdan 95-i, Lent.az-da 7023 materialdan 197-si, Axar.az-da 6246 materialdan 170-i, Modern.az-da 4188 materialdan 208-i Qarabağ münaqiişəsinə həsr edilib.

Ümumilikdə isə 670 material bu mövzuya həsr edilib.

Yekun nəticələrə əsasən, cəbhə materiallarının əsasən rəsmi informasiyalara əsaslanaraq hazırlanması, müharibə tarixi ilə bağlı yazıların hazırlanması, sosial şəbəkələrdən Qarabağ mövzusunda informasiyaların rəsmi saytlara yol tapmaması müsbət qiymətləndirilib.

Bundan başqa, saytlarda erməni mənbələrinə heç bir aydınlaşdırma olmadan istinad hallarının hələ də qalması, alternativ mənbələrdən istifadənin çox az olması, sosial şəbəkələrdə milli maraqlara cavab verməyən informasiyaların az da olsa qalması mənfi qiymətləndirilib və bildirilib ki, bəzi hallarda rəsmi qaynaqlar informasiyanı gecikdirdiyi üçün Azərbaycan KİV-ləri erməni mənbələrinə müraciət etməli olur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR