Mübariz Qurbanlı: Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipinə söykənir

16:38 3 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 3-də Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Əgər bu gün ölkəmizdə din adından süni istifadə edilirsə bunun cavabdehliyi də biz din xadimlərinin üzərinə düşür. Biz yol verməməliyik ki, digər ölkələrdə təlim keçmiş insanlar təhsil aldıqları ölkələrin din-dövlət modelini Azərbaycana gətirsinlər. Yol veməməliyik ki, kimlərsə azərbaycançılıq ideologiyasını arxa plana keçirsinlər. Kimlərinsə ibadət yerlərini siyasət meydanına çevirməsinə imkan vermək olmaz. İslam siyasətə müdaxilə edən din deyil, bizim dinimiz Allah ilə bəndənin bağlılığını ən gözəl şəkildə təmin edən dindir. Bizim dünyəviliyimizə, azərbaycançılıq ideologiyasına müdaxilə edildikdə elm, din xadimləri, siyasət adamları onlara cavab verməlidirlər”.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan öz Konstitusiyasında dünyəviliyi təsbit edib. Buna görə də ölkəmizdə dövlət-din münasibətləri dünyəvilik prinsipinə söykənir. Bu gün ölkəmizdə dövlətin dinə himayədarlığı açıq-aşkar müşahidə olunur. Biz bəzi İslam ölkələrində gedən prosesləri də müşahidə edirik. O ölkələrdə bəzi qüvvələr İslam adı altında dindən istifadə edərək öz siyasi və digər məqsədlərini həyata keçirmək üçün çalışırlar. Bu cür həssas məqamda biz ölkəmizdə dövlət-din münasibətlərində ciddi addımlar atmalıyıq ki, Azərbaycanda belə halların qarşısını alaq. QMİ bu istiqamətdə mühüm işlər görür. Ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı kifayət qədər güclü hüquqi baza da mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mubariz_Qurbanli_Azerbaycanda_dovlet_din_munasibetleri_dunyevilik_prinsipine_soykenir-907940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR