“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb
16:43 3 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə jurnalın növbəti buraxılışını onlara həsr edib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-cü il 14 sentyabr tarixli Sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, onlarla aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy və təklifləri dərc olunub. Nəşrdə, həmçinin Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəb, qəbul olunduqları ixtisaslar haqqında məlumatlar verilib. 600-dən çox bal toplamış digər abituriyentlər barədə məlumatların da əks olunduğu materiallar jurnalın elektron (internet) versiyasında təqdim edilib.
Jurnalı www.abiturient.az saytından sifariş vermək və ya TQDK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanında yerləşən binasındakı “Abituriyent” satış köşkündən əldə etmək olar.
Jurnalın elektron (internet) versiyasını www.abiturient.az saytından ödənişsiz yükləmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Abituriyent_jurnalinin_11_ci_nomresi_chapdan_chixib-907943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR