İrandan 1400 həb psixotrop maddə gətirilməsinin qarşısı alındı

İrandan 1400 həb psixotrop maddə gətirilməsinin qarşısı alındı
16:54 3 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

İrandan Azərbaycana psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb.

Lent.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı  İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.

 Xatırladaq ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı  2,7 qram təşkil edir.

 Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR