17 və 19 yaşadək futbolçularımızın rəqibləri məlum oldu

17 və 19 yaşadək futbolçularımızın rəqibləri məlum oldu
16:58 3 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 5-ci qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.

Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin də püşkü atılıb.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2016-cı il oktyabrın 25-də, 27-də və 30-da Rumıniyada keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR