İndiyədək Kulevi Neft Terminalından 19,5 milyon ton neft məhsulu daşınıb

İndiyədək Kulevi Neft Terminalından 19,5 milyon ton neft məhsulu daşınıb
16:58 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC
Bu il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı mühüm aktivi olan Kulevi “Black Sea” Neft Terminalından 2 milyon 150 min ton neft məhsulu daşınıb. Ötən müddətdə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çox neft məhsulu ötürülüb.
AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, bunun 51 faizi ağır neft məhsullarının, 48 faizini açıq rəngli neft məhsullarının, 1 faizini isə propilen və digər məhsulların payına düşüb. Kulevi istifadəyə verilən dövrdən bu vaxtadək terminaldan ümumilikdə 19 milyon 500 min ton neft-kimya məhsulları və karbohidrogenlər daşınıb.
Qeyd edək ki, Kulevi Neft Terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR