Salyanda yaşıllaşdırma marafonu çərçivəsində 15 mindən çox ağac və gül kolu əkib

Salyanda yaşıllaşdırma marafonu çərçivəsində 15 mindən çox ağac və gül kolu əkib
17:03 3 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 3 dekabr, M.Babayev, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespulika yaşıllaşdırma marafonu çərçivəsində Salyanda növbəti iməcilik olub.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələrinin də qatıldığı aksiyada 500 nəfərdən çox sakin iştirak edib. Salyan şəhərinin Heydər Əliyev prospekti boyunca Bayraq meydanında, Heydər Əliyev Mərkəzinin ətrafında və 11 küçədə, habelə Ələt -Astara avtomobil magistralının rayonun ərazisindən keçən hissəsinin kənarında 2 min ağac əkilib. Əkilən tinglər suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
İməcilik zamanı əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərilib, park və xiyabanlarda səliqə-sahman yardılıb.
İDEA-nın təşəbbüsünə birincilər sırasında qoşulan salyanlılar indiyədək 15 minə yaxın ağac və gül kolu əkiblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_yasillasdirma_marafonu_cherchivesinde_15_minden_chox_agac_ve_gul_kolu_ekib-907959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR