“Kəpəz” sabah başlayır

“Kəpəz” sabah başlayır
17:07 3 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Xəzər Lənkəran” - “Kəpəz” (1:0) oyunundan sonra Gəncə klubunun futbolçularına bir günlük istirahət verilib. Fanat.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına sabah start verəcək. 


“Sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. “Kəpəz”in dekabrın 4-nə təyin olunan məşqi saat 11.00-da başlayacaq. “Sumqayıt”la səfərdə görüşəcək komanda dekabrın 5-i və 6-sı tarixlərində də hazırlıq prosesini adı çəkilən stadionda keçirəcək. Rəqibin ev oyunlarının keçirdiyi “Kapital Bank Arena”nın da ot örtüyü “Dalğa Arena” kimi süni olduğundan məşqçilər korpusu oyun öncəsi son məşq üçün Sumqayıta yollanmağı lazım bilməyib.  


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-sabah-balayr-t45906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR