Psixotrop maddənin ölkəyə gətirilmə cəhdinin qarşısı alınıb

Psixotrop maddənin ölkəyə gətirilmə cəhdinin qarşısı alınıb
17:08 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyev üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, şəxsi yoxlama zamanı ona məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.
Xatırladaq ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Psixotrop_maddenin_olkeye_getirilme_cehdinin_qarsisi_alinib-907963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR