Bərdədə mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatıb

Bərdədə mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatıb
17:13 3 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bərdə rayonu S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxus olan həyətdə dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerada 20 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.
Laboratoriyaya göndərilən nümunələrdə bakterioloji, mikroskopiki və kimya-toksikoloji müayinələr aparılıb. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunmuşdur. Biokimyəvi müaynə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də götürülmüş nümunələrdən əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvanların ətləri olduğu müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermiədiyi üçün onun zərərsizləşdirilməsnə qərar verilib.

Ətlərin zərərsizləşdirilməsi tədbiri bu günlərdə həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR