Veb-kameraya müdaxilənin qarşısını almaq üçün proqram təminatı yenilənməlidir

Veb-kameraya müdaxilənin qarşısını almaq üçün proqram təminatı yenilənməlidir
17:13 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
“Eset” beynəlxalq antivirus şirkətinin araşdırmasına əsasən, internet istifadəçilərinin 50 faizindən çoxu veb-kameralara müdaxilədən narahatdırlar.
AZƏRTAC “gazeta.ru” saytına istinadən xəbər verir ki, respondentlərin 52 faizi "hakerlər sizin noutbukunuzun veb-kamerasına müdaxilə edə bilərmi?" sualına “bəli” deyə cavab veriblər. Rəyi soruşulanların 17 faizi öz noutbuklarında veb-kameraya müdaxilənin qarşısını almaq üçün onun üstünə plastır yapışdırdığını bildirib. Respondentlərin yalnız 31 faizi veb-kamera vasitəsi ilə izlənməkdən narahatçılıq keçirmir, 12 faizi isə bunun kimə maraqlı ola biləcəyini başa düşmür, 11 faizi bu problemin həllində öz kompyuterinə quraşdırılmış antivirusa güvənir, 8 faizi isə belə düşünür ki, veb-kameraya müdaxilə qeyri-mümkündür.
“Eset”in texniki marketinq bölməsinin rəhbəri Aleksey Oskin tövsiyə edib ki, veb-kameraya müdaxilənin qarşısını almaq üçün antivirus və proqram təminatı yenilənməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Veb_kameraya_mudaxilenin_qarsisini_almaq_uchun_proqram_teminati_yenilenmelidir-907964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR