O qızı öldürənlərə ömürlük həbs cəzası edildi

O qızı öldürənlərə ömürlük həbs cəzası edildi
17:24 3 Dekabr 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Türkiyəni sarsıdan Özgecan Aslan cinayəti ilə bağlı başlayan məhkəmə prosesi yekunlaşıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Mərsində vəhşicəsinə öldürülən Özgecan Aslanın qatillərinə hökm oxunub. Məhkəmə qətldə iştirak edən hər üç şəxsə - Əhməd Subhi Altındökən, onun atası Nəcməddin Altındökən və dostu Fatih Gökçəyə ömürlük həbs cəzası verib. 

 

Bundan əlavə, Mersinin Tarsus qəsəbəsində törədilmiş cinayətin əsas icraçısı olan mikroavtobusun Özgəcana təcavüz etdikləri üçün 26 yaşlı sürücüsü Əhməd Suphi Altındökənə 36 il, onun dostu, 20 yaşlı Fatih Gökçəyə isə 24 il həbs cəzası verib. Hər iki şəxsin günahı tam sübuta yetirilib.

 

Məhkəmənin qərarı zərərçəkən tərəf və ictimaiyyət tərəfindən razılıqla qarşılanıb.

 

Qeyd edək ki, keçən ilin 11 fevral tarixində Mersinin Tarsus qəsəbəsində gecə saatlarında mikroabvtobusla evinə gedən Özgəcan avtobus sürücüsünün və onun yaxınının cinsi zorakılığına məruz qalıb. Onlar gənc qızı zorladıqdan sonra öldürüblər. Daha sonra isə cəsədini yandırıblar.

 

Bu hadisə Türkiyədə, eləcə də Azərbaycanda böyük əks-səda verib. Türkiyədə kişilərin qadın yubkası geyinərək Özgəcan cinayətinə etiraz etməsinə Azərbaycandakı gənclər də dəstək vermişdi.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR