Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsində hasil olunan təbii qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu boru kəmərinin (TANAP) 2018-ci ildən daha tez tamamlanmasını hədəfləyirik".
"Report"un Türkiyə mətbuatına istiandən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidfenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"TANAP kimi böyük bir layihə Azərbaycan və Türkiyənin dostluğu ilə həyata keçirilir. Layihəni nəzərdə tutulan 2018-ci ildən də tez başa çatdırmağı hədəfləyirik", - deyə Türkiyənin hökümət başçısı vurğulayıb.