Davudoğlu: Əliyevə rus təyyarəsi barədə məlumat verdim

Davudoğlu: Əliyevə rus təyyarəsi barədə məlumat verdim
17:31 3 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birlikdə mətbuat konfransı keçirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, TANAP layihəsindən danışıb. O, bu layihənin qarşılıqlı etibar sayəsində həyata keçirildiyini deyib.

"Layihənin 2018-ci ildən tez bitməsi barədə razılaşmışıq. Gecə gündüz çalışacağıq. TANAP layihəsi Avropa daxilində güclərə də təsir edəcək".

Davudoğlu deyib ki, Türkiyə ilə Azərbaycan münasibətləri onlar üçün çox önəmlidir. "Ankarada kim iqtidara gəlsə öncə Bakıya səfər edəcək. Türkiyə və Azərbayacan sabit inkişaf edən iki ölkədir. Azərbaycanla olan münasibətlərimiz daima ən yüksək səviyyədə olub. Türkiyənin inkişafı, Azərbaycanın inkişafıdır".
O, TANAP-ın Türkiyədən keçməklə enerji daşınması üçün ən etibarlı yol olduğunu deyib.

"Hədəfimiz indi 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyarda qaldırmaqdır. Müdafiə sahəsində də ortaq işlər davam edəcək. Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə hərəkət etməsi bizim üçün çox önəmlidir.

Türkiyə olaraq Qarabağla bağlı mövqeyimiz qətidir. Azərbaycana olan dəstəyimiz davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi adına atılacaq hər addıma dəstək verəcəyik".

Baş nazir deyib ki, İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlərdən əlavə Suriya, Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib. İ.Əliyevə rus təyyarəsinin vurulması ilə bağlı məlumat verilib.

Prezident İlham Əliyev də bütün ölkələrin rahat yaşamasını istədiklərini deyib. "Türkiyə-Azərbaycan birlikdəliyi hər zaman yaxşı bərabərlikdir. Türkiyə güclü olduqca Azərbaycan da güclü olacaq.

TANAP layihəsinin icrasında heç bir problem yoxdur. Azərbayacanaın zəngin qaz yataqları var. Əlbətdə bizim əsas ixrac yolumuz bəllidir, bu Türkiyədir".








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR