Britaniyanın “ALE” şirkəti Karbamid Zavodu üçün böyük ölçülü və ağır çəkili hissələri daşıyacaq

Britaniyanın “ALE” şirkəti Karbamid Zavodu üçün böyük ölçülü və ağır çəkili hissələri daşıyacaq
17:33 3 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın “ALE” şirkəti ilə müqavilə imzalayıb. Britaniyanın ağır tonnajlı yükləri qaldırma şirkəti olan “ALE” SOCAR-ın Sumqayıtda inşa ediləcəyi Karbamid Zavoduna böyük ölçülü və ağır çəkili hissələri daşıyacaq.
AZƏRTAC “ALE” saytına istinadla xəbər verir ki, şirkət həmin avadanlıqları Bakı limanından Sumqayıtda zavod ərazisinə nəql edəcək. Daşıma 2016-cı ilin sentyabr ayınadək davam edəcək.
Qeyd edək ki, Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_ALE_sirketi_Karbamid_Zavodu_uchun_boyuk_olchulu_ve_agir_chekili_hisseleri_dasiyacaq-907977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR