Opera və Balet Teatrında bəstəkar Tofiq Bakıxanova həsr olunmuş qala-balet

Opera və Balet Teatrında bəstəkar Tofiq Bakıxanova həsr olunmuş qala-balet
17:33 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti, bəstəkar Tofiq Bakıxanovun 85 illik yubileyi çərçivəsində qala-balet gecəsi keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də baş tutacaq gecədə görkəmli bəstəkarın “Xəzər balladası”, “Xeyir və Şər” və “Şərq poeması” birpərdəli baletləri nümayiş olunacaq.
Qeyd edək ki, 1930-cu ildə Bakıda Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alaraq, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Sənətkar musiqili komediyalarla yanaşı, bir sıra baletlər və simfonik əsərlərin müəllifidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Opera_ve_Balet_Teatrinda_bestekar_Tofiq_Bakixanova_hesr_olunmus_qala_balet-907976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR