İsmayıllıdan olan bir qrup əlil müayinəyə göndərilib

İsmayıllıdan olan bir qrup əlil müayinəyə göndərilib
17:33 3 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 3 dekabr, AZƏRTAC
İsmayıllıda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 21 nəfər əlil və imkansız şəxs Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə müayinəyə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu humanist aksiya “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Sağlamlıq marafonu” çərçivəsində rayon icra hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Müayinəyə göndərilən şəxslər onlar üçün ayrılmış xüsusi avtobusla yola salınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR