Şahmat üzrə Azərbaycan çempionatının başa çatmasına iki tur qalıb

Şahmat üzrə Azərbaycan çempionatının başa çatmasına iki tur qalıb
17:43 3 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının (birinci dəstə) başa çatmasına 2 tur qalıb.
AZƏRTAC xəbər verir ki, yeddinci turda Rəşad Zeynallı və Elvin Bayramov qarşılaşması birinci tərəfin xeyrinə başa çatıb. Əhməd Əhmədzadə isə Ramil Cavadov üzərində qələbə qazanıb. Məhəmməd İsmayılov və Cahangir Niftəliyev sülh bağlayıblar. Bu turda digər heç-heçə ilə nəticələnən oyunlar Kənan Qarayev və Nərmin Söyünlü, Mirmusa Feyziyev və Elnur Mehtiyev arasında qeydə alınıb. Andrey Mustafin Çingiz Rzayevi, Fariz Əhmədov isə Fərid Mustafayevi məğlub edib. Fərid Aslanov qara fiqurlarla Zeynal Eyyubov üzərində qələbə qazanıb. Telman Feyzullayev isə Ramis Bağırovu məğlub etməyə müvəffəq olub.
Beləliklə, 7 turdan sonra Əhməd Əhmədzadə və Rəşad Zeynallı hərəyə 5 xal toplayaraq turnir cədvəlinə liderlik edirlər. Elvin Bayramov, Ramil Cavadov və Andrey Mustafin 4,5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər. Çingiz Rzayev, Cahangir Niftəliyev, Fariz Əhmədov və Məhəmməd İsmayılov 4 xal toplayaraq ilk onluqda qərarlaşıblar.
Yarışda ilk üç yerləri tutan şahmatçılar 2016-cı il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanacaqlar.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahmat_uzre_Azerbaycan_chempionatinin_basa_chatmasina_iki_tur_qalib-907983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR