​Əhməd Davudoğlu: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq"

​Əhməd Davudoğlu: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq"
17:47 3 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanın işğal edilən torpaqlarının azad olunmasə üçün Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Qafqazda sülh yaradılması üçün həyata keçirilən layihələrdə iştirak edəcəyik. Dünyada bir çox problemlərin həlli ərazi bütövlüyünə hörmət edilməsindən asılıdı".
"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfarnsında bildirib.
Baş nazir qeyd edib ki, Cənub Qafqaz regionu Azərbaycan ərazisinin 20 faizinin işğalı problemiilə üz-üzədir: "Mən birdimək istəyirəm ki, Türkiyə uzun müddətli sülhün yaranması istiqamətində atılan bütün addımları dəstəkləyir.
Mən həmişə can Azərbaycan deyirəm. Türkiyədə hökumət başına kim gəlirsə ilk ziyarətini Azərbaycana edir. Mən də ilk ziyarətimi mənvəi məmləkətim Bakıya etdim. Azərbaycan haradadırsa, Türkiyə də həmişə orada olacaq".
Ə.Davudoğlu bildirib ki, Azərbaycanın biri çətinliklə üzləşsə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: "Bunu söz xatirinə demirik. Layihələri dəstəkləyirik. TANAP layihəsi qarşılıqlı əlaqələr əsasında əmələ gəlib. TANAP, Bakı-Tblisi-Ceyhan kimi iki böyük layihələr var. TANAP-ın gerçəkləşməməsi Avropaya təsir edəcək. Bunu Avropa liderlərinə də söylədim. Ən etbiarlı və təhlükəsiz xəttin Xəzər yolu olduğunu söylədim. Bunları Çindəki görüşülərim də də bildirmişəm".
O, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etdiyinin vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ehmed-davudoglu-turkiye-her-zaman-azerbaycanin-yaninda-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR