Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi xeyriyyə yarmarkasında iştirak edəcək
17:58 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 3 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisi şəhərində hər il ənənəvi olaraq keçirilən “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edəcəkdir.
Xeyriyyə yarmarkasında Tbilisidə akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəliyin, yerli və xarici şirkətlərin də iştirakı gözlənilir.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, yarmarkada satışa çıxarılan məhsullardan əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə ediləcək. Eyni zamanda, bu aksiya iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyət və mətbəxinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.
Hər il olduğu kimi, bu il də yarmarkada Azərbaycan mətbəxindən nümunələr, habelə xalçalar, müxtəlif milli suvenirlər, jurnallar və yerli şirkətlərimizin istehsalı olan məhsullar nümayiş etdiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Gurcustandaki_sefirliyi_enenevi_xeyriyye_yarmarkasinda_istirak_edecek-907990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR