ABŞ İraq və Suriyada 2003-cü il müdaxiləsini təkrarlamaq istəmir

ABŞ İraq və Suriyada 2003-cü il müdaxiləsini təkrarlamaq istəmir
18:13 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama öz administrasiyasının İraqa əlavə qoşun göndərmək qərarının Vaşinqtonun bu ölkədə və Suriyada 2003-ci il Amerika-Britaniya hərbi müdaxiləsini təkrarlamaq anlamına gəlmədiyini bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ hökuməti Suriyada hərbi müdaxilənin vacibliyinə əmindir. Buna baxmayaraq, Barak Obamanın sözlərinə görə, İŞİD qruplaşması ilə mübarizədə ABŞ-ın quruda irimiqyaslı hərbi müdaxiləsi olmayacaq.
Ağ evin rəhbəri Suriyaya aktiv müdaxilədə tərəddüd edən Almaniya və Böyük Britaniya kimi ölkələrin Parisdə keçirilən qlobal iqlim sammitindən sonra qələbənin bir hissəsi olmaq barədə düzgün qərar verdiyini deyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Iraq_ve_Suriyada_2003_cu_il_mudaxilesini_tekrarlamaq_istemir-908000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR