Şimal-qərb bölgəsinə intensiv qar yağır

Şimal-qərb bölgəsinə intensiv qar yağır
18:23 3 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 3-də günorta saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.
Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.
Qarın yağması bu saatlarda da davam edir.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simal_qerb_bolgesine_intensiv_qar_yagir-908003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR