Suraxanıda Beynəlxalq Əlillər Günü qeyd olunub

Suraxanıda Beynəlxalq Əlillər Günü qeyd olunub
18:28 3 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər rayon sakini üçün süfrə açılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərildiyini deyib: ”Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hakimiyyətə ikinci dəfə hakimiyyətə gəlişi zamanı “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman imzalayıb. Bununla da müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilib. Suraxanı rayonunda 9305 nəfər əlil yaşayır. Onlardan 2538 nəfəri sosial əlil, 6767 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Bundan əlavə rayonda 830 nəfər 18 yaşına çatmayan əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir”.
Afət Həsənova vurğulayıb ki, əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suraxanida_Beynelxalq_Aliller_Gunu_qeyd_olunub-908005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR