Stolüstü tennisçilərimiz Finlandiyada beynəlxalq turnirdə iştirak edirlər

Stolüstü tennisçilərimiz Finlandiyada beynəlxalq turnirdə iştirak edirlər
18:38 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Finlandiyanın Lohiya Kisakallio şəhərində stolüstü tennis üzrə kişi və qadınlar arasında ənənəvi 26-cı açıq beynəlxalq turnir başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi baş məşqçilər Aleksandr Zudov və Leşek Kuxarskinin rəhbərliyi altında Cəfər Cəfərzadə, Xəyal Həşimli, Məryəm İmanova, Nəzakət Qarayeva, Denq Simenq və Zou Çuyi təmsil edirlər.
Dekabrın 6-da yekun vurulacaq turnir reytinq xarakteri daşıyır.
İdmançılarımız dekabrın 8-də Vətənə dönəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennischilerimiz_Finlandiyada_beynelxalq_turnirde_istirak_edirler-908012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR