Azərbaycan Qırğızıstana 1 milyon göndərəcək

Azərbaycan Qırğızıstana 1 milyon göndərəcək
18:39 3 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumatda deyilir.

 

“Bu ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib. Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycana müraciət edib. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür”, - deyə məlumatda qeyd olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR