Yahoo internet biznesini sata bilər

Yahoo internet biznesini sata bilər
18:47 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Yahoo! Inc internet şirkətinin Direktorlar Şurası bu həftə internet biznesinin satışa çıxarılması məsələsini müzakirə edə bilər.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, Direktorlar Şurasının iclasında şirkətin gələcəyi ilə bağlı geniş müzakirələr aparılacaq. Rəhbərlik eyni zamanda biznesinə alıcı axtarmaq və ya Çində yerləşən Alibaba Group-dakı səhm paketinin dəyəri 30 milyard dollardan yüksək dəyərləndirilən 15 faizlik payını satmaq üzərində düçünəcək. Qəzetin yazdığına görə, hər iki variantın reallaşması da mümkündür.

Yahoo-nun 31 milyard dollarlıq bazar kapitalı əsasən iki böyük Asiya aktivləri ilə bağlıdır: Alibaba və Yahoo Japan. Sonuncuda olan 35 faizlik payı 8,5 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, Yahoo! şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir. Yahoo!-nun 2015-ci ilin ilk 9 ayı ərzində xalis gəliri ötən ilin analoji dövrü ilə müqayisədə xeyli aşağı düşərək 81,12 milyon dollar təşkil edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR