“Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar

“Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar
18:53 3 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Xəzər Universitetində “Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan seminarda “Microsoft-Azərbaycan” şirkətinin nümayəndəsi Emin Axundov “Microsoft Imagine Cup” yarışması barədə məlumat verib. Qeyd edilib ki, ötən il yarışmada ikinci yerə layiq görülən Azərbaycan komandasının üzvlərindən biri Xəzər Universitetinin tələbəsidir.
Sonra start-up və sahibkarlıq üzrə amerikalı ekspert Lane Becker start-up sahəsindəki karyera yolu barədə danışıb, uğurlu sahibkar olmaq üçün tövsiyələrini verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Start_up_ve_sahibkarlar_uchun_reqemsal_vasiteler_movzusunda_seminar-908023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR