Müğənni Halil Sezai aktyor Kıvanç Tatlıtuğla çəkdirdiyi selfini paylaşıb.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, ifaçı Madonnanın Londondakı konserti zamanı Kıvançla qarşılaşıb. O, aktyorla çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşaraq “Məncə, mən ondan daha yaraşıqlıyam” sözlərini yazıb.
Halilin bu fotosu qısa müddətdə xeyli sayda “like” toplayıb.