​Almaniya XİN başçısı: "Hazırda vəziyyət təhlükəlidir"

​Almaniya XİN başçısı: "Hazırda vəziyyət təhlükəlidir"
19:12 3 Dekabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Hazırda vəziyyət təhlükəlidir. Sülh və sabitlik elə kövrək olub ki, mövqeyimizi mükəmmələşdirməyə aylar lazım ola bilər".
"Report"un məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin Belqradda keçirilən toplantısında bildirib.
O, Almaniyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə qurumun fəaliyyətində üstünlük verəcəkləri məsələlərdən danışıb.
Almaniyalı nazir terror hücumları və qaçqın axınından danışıb. O, noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyətlə bağlı bunları deyib: "Bu yaxınlarda Rusiya təyyarəsinin vurulması zamanı ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq", - o vurğulayıb.
Qeyd edək ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniya-xi-n-bascisi-sulh-ve-sabitlik-ele-kovrek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR