Futbol üzrə 2018-ci il dünya çempionatı oyunlarının başlanma vaxtı təsdiqlənib

Futbol üzrə 2018-ci il dünya çempionatı oyunlarının başlanma vaxtı təsdiqlənib
19:13 3 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
FİFA-nın İcraiyyə Komitəsi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı oyunlarının başlanma vaxtını təsdiqləyib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, açılış və final oyunu Moskva vaxtı ilə saat 18:00-da, bürünc medallar uğrunda görüşlər isə saat 17:00-da başlayacaq.
Qrup mərhələsinin oyunlarının saat 15:00, 18:00, 21:00 (iyunun 16-sı saat 13:00, 16:00, 19:00 və 22:00), 1/4 final oyunlarının saat 17:00 və 21:00-da, yarımfinal oyunlarının isə saat 21:00-da start götürəcəyi qərara alınıb.
Xatırladaq ki, futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Final qarşılaşması Moskva şəhərindəki “Lujniki” stadionunda oynanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futbol_uzre_2018_ci_il_dunya_chempionati_oyunlarinin_baslanma_vaxti_tesdiqlenib-908032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR