Azərbaycanda yeni internet TV yayıma başlayacaq

Azərbaycanda yeni internet TV yayıma başlayacaq
19:16 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

MTRŞ tərəfindən “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR