Qaradağda zəncirvari qəza: sürücülər qırğına çıxdılar

Qaradağda zəncirvari qəza: sürücülər qırğına çıxdılar
06:31 30 Dekabr 2014
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Hadisə Bakı- Qazax magistral yolunun 12-ci kilometrliyində qeydə alınıb. Asif İbrahimov idarə etdiyi “QAZ 31” markalı avtomobillə Ələt istiqamətində hərəkətdə olarkən qəfil geriyə dönərək əks yola keçmək istəyib.

Bu zaman arxadan gələn Şamil Bayramovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu “QAZ 31”lə toqquşub. "QAZ 31" isə öz növbəsində Faiq Əzizovun idarə etdiyi sərnişin mikroavtobusuna çırpılıb. Baş verən qəzada “Mercedes”də olan bir sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Əraziyə Qaradağ rayon yol polisinin əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb.

Hadisə yerində qəza törədən sürücülər arasında mübahisə də yaranıb. Polisin işə müdaxiləsindən sonra sürücülər arasında baş verən mübahisəni sakitləşdirmək mümkün olub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb sürücü Asif İbrahimovun yolun qadağan olunmuş hissəsində dönmə əməliyyatını həyata keçirmək istəməsi olub.

Faktla bağlı araşdırmalar aparılır. Qəzanın səbəbləri bu araşdırmalardan sonra məlm odacaq...


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR