“Qəbələ” komandası “Mil-Muğan”ı böyük hesabla məğlub edib

“Qəbələ” komandası “Mil-Muğan”ı böyük hesabla məğlub edib
19:18 3 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" doğma meydanda birinci divizionda mübarizə aparan "Mil-Muğan"ı qəbul edib. İki il əvvəl olduğu kimi yenə səkkizdəbir finalda Premyer Liqa təmsilçisi qələbə qazanıb.
“Qəbələ” hələ ilk hissədə rəqibinin qapısından 5 cavabsız top keçirib. Derlis Meza Kolli matçın 5-ci, Ruslan Abışov 16-cı, Fakundo Pereyra 22-ci, Rikardinyo 43-cü, Ermin Zets isə 44-cü dəqiqəsində fərqlənib.
İkinci yarıda da “Qəbələ” Vaqif Cavadov 58-ci və Asif Məmmədovun 83-cü dəqiqələrdə vurduqları qolla matçda hesabı 7:0-a çatdırıb.
“Qəbələ”nin növbəti mərhələdə rəqibi "Zirə" komandası olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_komandasi_Mil_Mugani_boyuk_hesabla_meglub_edib-908035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR