İki nəhəng yırtıcı döyüşdü - VİDEO - FOTO

İki nəhəng yırtıcı döyüşdü - VİDEO - FOTO
19:27 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Qoliaf" adlı nəhəng alliqator ona meydan oxuyan həmcinsi ilə döyüşüb və rəqibinə qalib gəlib.
Milli.Az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Florida ştatındakı Enqlvud şəhərində, "Myakka Pines" qolf klubundakı meydançalardan birində baş verib.

Qolfçu Linn Serelsin dediyinə görə, dostları ilə birlikdə qolf oynayarkən qəflətən timsahlarını döyüşünü görüb.

"Oyunu yarımçıq saxladıq. "Qoliaf"ın uzunluğu 5 metr idi, onun rəqibi isə 4 metr uzunluqda idi. Onlar güləşir, bir-birlərini dişləyirdilər. Qoliaf rəqibinə qalib gəldi. Sonra da "Qoliaf" nohura tərəf gedib suya girdi", - Serels söyləyib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR